“Araz” marketdə müəmma: kolbasanın iki istehsal tarixi var?

Sosial şəbəkə istifadəçilərindən biri qida təhlükəsizliyinin standartlarının pozulması barədə paylaşım edib.
AzFood xəbər verir ki, müştəri “Araz” supermarketlər şəbəkəsinin birindən qida məhsulu alarkən “Ovqat” kolbasasının istehsal tarixi ilə marketdə onun üzərinə satış üçün vurulan etiketdəki ilə eynilik təşkil etmədiyini görüb. Belə ki, “Ovqat” kolbasının istehsal tarixi 17 yanvar 2020-ci il göstərilsə də marketin vurduğu etiketdə bu tarix 3 mart olaraq öz əksini tapıb.

Müştəri bildirib ki, məhsulun istifadə müdddəti üzərindəki tarixə görə, bir ay əvvəl bitib.
Mağaza rəhbərliyinə bu barədə məlumat verildikdən sonra həmin kolbasa vitrindən yığışdırılıb.
Supermarketdən müştəriyə bildirlib ki, kolbasa üzərində qeyd olunan tarixdə qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 2.1.31. bəndinin tələblərinə görə, qida hazırlanarkən, təyinatına uyğun istifadə olunarkən və ya qəbul edilərkən, onun istehlakçıya hər hansı zərər yetirməyəcəyinə dair təminat olmalıdır.

 

 

Ələsgər

AzFood

Next Post

Limonun bu faydalarından xəbəriniz var idimi?

C Mar 6 , 2020
1. Limon turş olmağına baxmayaraq ən qələvi məhsullardan biri sayılır. Azfood xəbər verir ki, orqanizmin qələviləşdirilməsi xərçəng xəstəliklərin riskini azaldır. 2. Limon 20 müxtəlif mikrob və viruslara öldürücü təsir edir. 3. Böyrək daşı və öd daşı xəstəliyi zamanı limon ən faydalı məhsullardan biri sayılır. 4. Limon revmatizmdən əziyyət çəkənlər üçün […]