Osteoporozun qarşısını alan qida maddələri

Osteoporozun qarşısını alan qida maddələri

Sümük kütləsinin azalması qocalma prosesinin bir hissəsidir. Bəzi insanlar qocalarkən həddindən artıq sümük kütləsi itirsə də, itirilmiş sümük kütləsini kifayət qədər tez bərpa edə bilmirlər. Belə hal osteoporoz adlanır və daha çox postmenopauza dövründə qadınlarda özünü büruzə versə də, osteoporoza yaşlı kişilərdə də rast gəlinir.

Oteoporoz – sümük kütləsinin azalmasıdır. Bu xəstəlik simptomsuz keçdiyi üçün sakit xəstəlik hesab olunur. Bu baxımdan ola bilsin ki, hətta sümüyünüz qırılana kimi bu xəstəlikdən sizin xəbəriniz olmasın. Xoşbəxtlikdən vacib sayılan aşağıdakı qida və minerallar sümüklərinizin sağlamlığını qorumağa kömək edə bilər.

AzFood AZƏRTAC-a istinadən sözügedən vacib qida və minerallar barədə məlumat verir.

Vitamin S. Tədqiqatçılar orqanizmdə S vitamininin yüksək səviyyədə olmasını sümüklərin sıxlığı ilə əlaqələndirirlər. Onlar orqanizmin S vitaminini istehsal etməməsini əsas gətirərək qida rasionuna daha çox bu vitaminlə zəngin olan ərzaq məhsullarını, o cümlədən, sitrus meyvələrini, kivi, çiyələk və bolqar bibəri kimi meyvə və tərəvəzləri daxil etməyi tövsiyə edirlər. Bu əraq məhsulları ilə birlikdə siz həmçinin də S vitamininin əlavələrini qəbul edə bilərsiniz.

Kalsium. Kalsium sümüklərin qurulması və sümük kütləsinin saxlanılması üçün mühüm elementdir. Orqanizmdəki kalsium ehtiyatlarının 99 faizi sümüklərin tərkibində yerləşir. Bununla belə, kalsiumun kifayət etməməsi səbəbindən bədəniniz onu sümüklərinizdən çəkməyə məcbur olur. Bu da nəticədə sümüklərinizin zəifləməsinə və osteoporoz xəstəliyinin yaranmasına gətirib çıxarır. Təbii ki, orqanizm özü kalsium istehsal etmir. Ona görə də orqanizmin sərf etdiyi kalsium elementinin həcmini artırmaq üçün siz bu maddə ilə zəngin olan qidalardan, o cümlədən süd məhsullarından, yarpaqlı göyərtidən, sardinadan daha çox istifadə etməlisiniz.

Vitamin D. Bu vitamin sümüklərin və əzələlərin bərkiməsinə kömək edir. D vitamininin kifayət etməməsi nəticəsində bədən kalsium elementini effektiv şəkildə mənimsəyə bilmir. Bu da öz növbəsində osteoporoz xəstəliyinin yaranmasına səbəb olur.

Bor. Bor sümük kütləsini azalmaqdan qoruyur və D vitamininin, estrogenin və hormonun ömrünün yarı müddətinin uzanmasına kömək edir. Ona görə də qida rasionunda üzvi qoz-fındıq, paxla, avokado və bütöv buğda dənlərinin, habelə tərkibində bor olan yarıvitaminlərin payını artırmaq məsləhət görülür.

Vitamin K2. K2 Vitamini kalsiumu sümüklərə və dişlərə ötürərək sümük sıxlığını artırmağa kömək edir. Tədqiqatlar həmçinin K2 vitamininin D3 vitamini ilə tam sinergetik olmasını vurğulayırlar. Bu baxımdan yumurta sarısı kimi ərzaq məhsulları və qida əlavələri vasitəsi ilə K2 vitamininin qəbulunu artırmaq məsləhət bilinir.

Nərminə Əli

Next Post

Azərbaycanın sentyabrda ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb

Ça Noy 3 , 2020
2020-ci ilin sentyabr ayında Azərbaycanın ixrac icmalındakı tərəfdaşlarında cüzi dəyişikliklər olub. AzFood  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Belə ki, sentyabr ayında ixrac icmalında İran da yer tutub. Belə ki, qeyri-neft və qaz məhsullarının ixracında Rusiya 35,7 milyon ABŞ dolları ilə öndədir. Daha sonra 27,8 milyon ABŞ dolları ilə İsveçrə, 25,1 […]
Azərbaycanın sentyabrda ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb