Warning: file_put_contents(index.php): failed to open stream: Permission denied in /home/qoshquaz/public_html/azfood.az/wp-includes/load.php on line 1105
Şabranlı təsərrüfatçı: Badam bağlarında məhsuldarlıq üç dəfədən çox artıb - Azfood
 

Şabranlı təsərrüfatçı: Badam bağlarında məhsuldarlıq üç dəfədən çox artıb

Şabranlı təsərrüfatçı: Badam bağlarında məhsuldarlıq üç dəfədən çox artıb

Şabranın badam bağlarından məhsul yığımı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 30 tona yaxın məhsul əldə olunub. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq üç dəfə artıb.

Təsərrüfatçı Ariz Ağamalıyev bildirib ki, badam ağacları tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton məhsul toplanacaq. Hazırda yığılan badam qurutma məntəqələrində qurudulduqdan sonra satışa çıxarılır.

“Təsərrüfatımızdakı bütün ağaclar məhsul verməyə başlayıb. Amma daha çox ilk əkdiyimiz 10 hektardan badam toplamışıq. Bizdə iki növ badam becərilir. 10 hektarda amerikan mənşəli “Guara” adlanan badam növünə aid tinglər əkmişik. 13 hektar yeni salınan bağda isə Fransadan gətirilən badam növü yetişdirilir. İlk saldığımız bağlardan artıq üçüncü ildir ki, məhsul toplayacağıq. Ötən il 6-7 ton məhsul yığmışıq. Keçən ilə nisbətən 3 dəfə çox məhsul yığılıb. Bağdan toplanan məhsul yerli bazarda satırıq”, – deyə A.Ağamalıyev söyləyib.

Ariz Ağamalıyev bildirib ki, badam qurudulduqdan sonra kisələrə yığılaraq Bakı şəhərindəki qəbul məntəqələrinə təhvil verilir.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, rayonda, ümumilikdə, 95,6 hektar badam bağı var. Rayondakı badam bağlarının 73 hektarı intensiv üsulla becərilir. Buna görə də hər il həmin bağlara görə fermerlərə dövlət tərəfindən bir hektara 800 manat subsidiya ödənilir.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb.

AzFood

Next Post

Rusiya təhlükəli viruslu tərəvəzə görə Ermənistana xəbərdarlıq etdi

Be Noy 2 , 2020
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti mozaika virusuna (meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla, 100-dən çox bitki növündə aşkarlanan virus-red) görə Ermənistandan pomidorun idxalını məhdudlaşdıra bilər. AzFood  Report-a istinadən xəbər verir ki, bu barədə federal xidmətdə bildiriblər. Xidmət Ermənistana Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi xahiş edib. Qeyd […]
Rusiya təhlükəli viruslu tərəvəzə görə Ermənistana xəbərdarlıq etdi