Kənd Təsərrüfatı naziri fermerlərlə görüşüb

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağdaş və Göyçay rayonlarında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

Azfood.az xəbər verir ki, bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, nazir Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən müstəqil laboratoriyanın fəaliyyəti ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib. Həmçinin Göyçay rayonunun Şəhadət kəndində fermer Natiq Zakirovun çəltik sahəsinə, Potu kəndində fermer Eldar Vəliyevin nar bağına, Yalman kəndində salınmış xurma bağına, 2 min ton saxlama tutumu olan soyuducu anbara və fermer Seymur Kazımovun heyva bağına baş çəkib.

Görüşlərdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.

Səma Fərzəli

Next Post

Bu rayonda 1132,9 tonadək qarğıdalı istehsal olunub

C Sen 25 , 2020
AZƏRTAC   Tərtər rayonunda 1132,9 ton dən üçün qarğıdalı istehsal olunub 24.09.2020 [14:10]KƏND TƏSƏRRÜFATI Tərtər, 24 sentyabr, AZƏRTAC   Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri qarğıdalı yığımını başa çatdırıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AzFood-a bildirilib ki, yazda əkilmiş 223,5 hektar qarğıdalı sahəsindən 1132,9 ton […]