Warning: file_put_contents(index.php): failed to open stream: Permission denied in /home/qoshquaz/public_html/azfood.az/wp-includes/load.php on line 1105
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək - Azfood
 

Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azfood.az-a bildiriblər ki, mineral gübrənin güzəştli qiymətlərlə səyyar satışı sentyabrın 20-21-də Xaçmazın Susay kəndində təşkil olunacaq.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

AzFood

Next Post

Qaxda III Bal bayramı keçirilir

Ca Sen 19 , 2019