Warning: file_put_contents(index.php): failed to open stream: Permission denied in /home/qoshquaz/public_html/azfood.az/wp-includes/load.php on line 1105
2 yaşa qədər uşaqlara maska taxmayın, boğula bilərlər - Azfood
 

2 yaşa qədər uşaqlara maska taxmayın, boğula bilərlər

Koronavirusdan qorunmaq üçün böyüklərlə yanaşı uşaqların da tibbi maska taxaraq sosial məsafəni qoruması vacibdir.

Xəzər.TV xəbər verir ki, bəzi valideynlər uşaqlarına uyğun ölçüdə tibii maska tapmadıqlarından narahatdılar. Onlar bildirirlər ki, uşaqlara standart maskalar alırlar, amma ölçüsü böyük olur.

Apteklərdə isə yalnız standart maskaların satışda olduğu bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, pediatr Nərmin Məmmədova hesab edir ki, uşaqlar da xəstəlik ötürücüsü ola bilirlər. Odur ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdırlar.

O, 2 yaşınadək uşaqlara maska taxılmasını tövsiyə etmir. Bunun səbəbini boğulma, nəfəs çatışmazlığı ilə əlaqələndirir.

Ekspertlər sözlərinə görə, uşaqları qorumağın ən yaxşı yolu zərurət olmadıqda onları evdən çıxarmamaq, insanların sıx toplaşdığı yerlərə aparmamaqdır.

AzFood

Next Post

Banan haqqında bilmədikləriniz

Bz İyn 28 , 2020
Bu dəfəki xəbərimdə hər birimizin sevərək istifadə etdiyi, hətta hər gün azı bir ədəd də olsa yediyimiz dadlı banandan bəhs edəcəyəm. Bananı çox zaman bir meyvə olaraq düşünüb istifadə edirik. Halbuki, banan nəinki meyvə, hətta diset sayılır. Adətən arıqlamaq istəyən xanımlar gərgin idman hərəkətlərindən sonra bir ədəd banan yeyirlər. Bununla […]