Üzvü gübrələrin istehsalı genişləndiriləcək - Azfood
 

Üzvü gübrələrin istehsalı genişləndiriləcək

Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu (TETİ) ilə “AqriBioEkoTex” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, faydalı bakteriyalar və göbələklər vasitəsi ilə respublikada becərilən tərəvəz, bostan və kartof bitkilərinə dair birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, innovasiya yönümlü metodların tətbiqi ilə ekoloji cəhətdən təmiz və səmərəli şəkildə istehsal edilən məhsullarla ölkədə ərzaq bazarının təmin olunmasına dəstək verilməsi, fermerlərə ekoloji cəhətdən səmərəli əkinçilik texnologiyalarının hazırlanıb təklif olunmasında əməkdaşlıq həyata keçiriləcək.

Azfood.az xəbər verir ki, “AqriBioEkoTex” MMC-nin rəhbəri Əlibala Əlizadə bildirib ki, zəhərlənmiş torpaqların bərpası və ekoloji cəhətdən səmərəli kənd təsərrüfat məhsullarının becərilməsi üçün sənaye miqyasında faydalı mikroorqanizmlərin becərilməsinin elmi cəhətdən əsaslandırılmasında iştirak edilməsi, birgə təlim, seminar və elmi-praktik konfransların həyata  keçirilməsi mühüm dövlət proqramlarının, Strateji Yol Xəritələrində əksini tapmış tələblərdir.

Bildirilib ki, “AqroBioEkoTex” MMC-nin istehsal etdiyi bioloji aktiv məhsullar və bioməhsulların institutun təcrübə sahələrində tətbiqinin həyata keçirilməsi, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün müasir biotexnologiyanın İnstitutun müvafiq laboratoriyasında tətbiqinin həyata keçirilməsi təmin olunacaq.

Daha sonra institutun əməkdaşları üçün sahə nümayişi keçirilib, biohumus istehsalı, habelə xüsusi mikrobioloji preparatlardan istifadə edərək hər növ heyvan, quş peyinlərindən və kanalizasiya çamurunu fermentasiya etməklə gübrə istehsal edilməsi qaydaları nümayiş etdirilib.

AzFood

Next Post

AQTA sədri: Qadınlar arasında isə bu göstəricilər daha yüksəkdir

Be Sen 9 , 2019