Faraş soğanın ixracı üçün bir sıra ölkələrdən sifarişlər olub - Azfood
 

Faraş soğanın ixracı üçün bir sıra ölkələrdən sifarişlər olub

Bərdədə payızlıq soğanın yığımı davam edir. Artıq məhsulun 20 faizi yığılaraq bazarlarda satılıb.

AzFood.az xəbər verir ki, Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, tələbat çox olduğundan məhsul birbaşa respublikanın bütün rayon və şəhərlərindəki bazarlara, marketlərə çatdırılır. “Soğanın qiymətində ucuzlaşma qeydə alınıb və daxili bazarda qiymətlər tənzimlənib. Bir kiloqram soğan sahədə 20-25 qəpik, bazar və marketlərdə isə 30-35 qəpiyə satılır. Hazırda istehsal olunan soğanın xarici ölkələrə ixracı üçün hazırlıq görülür. Artıq Gürcüstan, Rusiya, Ukrayna, Belarusdan müraciətlər var. Faraş soğanı anbarlarda saxlamaq olmur. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət götürərlər”, – deyə V.Babayev bildirib.

Qeyd edək ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1400 hektar payızlıq soğan əkilib ki, onun da 840 hektarı Bərdə rayonu ərazisindədir. Payızda əkilən soğanın yığımı may ayının sonunadək davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaqdır.

AzFood

Next Post

İlk satışdan yüksək gəlir əldə edən fermer təsərrüfatı genişləndirməyi planlaşdırır

Şb May 9 , 2020
Saatlıda son illər quşçuluq təsərrüfatına maraq artıb. Belə fermerlərdən biri də Şahin Qasımovdur. O, “Kuban” və yerli sortlardan ibarət quşçuluq təsərrüfatı yaradıb. AzFood.az xəbər verir ki, ilk satışdan yüksək gəlir əldə edən fermer təsərrüfatı genişləndirməyi planlaşdırır. Şahin Qasımov bildirir ki, təsərrüfatı 1 ildir yaradıb. Burada yerli sort kənd toyuqları ilə […]